İsveç ordusu Rusiya qırıcısının Blekinge bölgəsi üzərindən uçaraq ölkənin hava məkanını pozduğunu açıqlayıb.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, açıqlamada sözügedən təyyarənin İsveç sərhədlərini tərk edərək geri döndüyü vurğulanıb.
Qeyd edək ki, Rusiya tərəfindən məsələyə rəsmi münasibət bildirilməyib.
Bizim.Media