Əfqanıstanda yenidən terror aktı törədilib.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, Kabil polisi avtobusa qoyulmuş bombanın partlaması nəticəsində ən azı 1 qadının öldüyünü, daha 3 nəfərin yaralandığını bildirib.
Bəzi təsdiqlənməmiş məlumatlara görə isə, partlayış nəticəsində 3 qadın ölüb, daha 2 nəfər yaralanıb.
Qeyd edək ki, Əfqanıstanda son bir ayda 10-a yaxın terror hücumu olub ki, bunların hamısı mülki şəxsləri hədəf alıb. Hücumların bəzilərinə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Bizim.Media