Türkiyənin İstanbul şəhərində sərnişin mikroavtobusu taksinin üzərinə aşıb.
Bizim.Media "Hürriyet"e istinadən xəbər verir ki, hadisə Eyüpsultan bölgəsində baş verib.
Belə ki, içərisində sərnişinlərin olduğu mikroavtobus dəmir məhəccərin üstündən taksinin üzərinə aşıb.
Hadisə yerinə çox sayda səhiyyə işçisi, xilasedicilər və polislər cəlb edilib. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və bir sərnişini yaralanıb.
Bizim.Media