Rusiyada Saxalin istilik elektrik stansiyasında yanğın baş verib.
Bizim.Media “RİA Novoosti”yə istinadən xəbər verir ki, Saxalin vilayətinin qubernatoru Valeri Limarenko xilasedicilərin turbinlərdən birində dam örtüyünə yayılan yanğınla mübarizə apardığını bildirib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsi 30 əməkdaşın yanan binanı özbaşına tərk etdiyini açıqlayıb.
“Saxalinenerqo” şirkəti yanğına turbogeneratorlardan birinin dayanmasının səbəb olduğunu bildirib.
Bizim.Media