Müasir dövrdə hətta evlər 3D printerlərdən istifadə etməklə yaradılır, lakin “BAM İnfra” şirkəti daha da irəli gedərək körpü çap edib.
Bizim.Media "Lenta.ru"-ya istinadən xəbər verir ki, Niderlandın cənubundakı Gemert şəhərində 3D printerlərdən yararlanmaqla inşa edilən körpü 8 metr uzunluğunda olmaqla 800 qat dəmir-betondan ibarətdir və 40 yük maşını ağırlığına tab gətirə bilir.
Lakin yalnız piyadalar və velosipedçilər üçün nəzərdə tutulub.
Körpü Eyndhoven Texnologiya Universitetinin laboratoriyasında 3 ay ərzində çap edilib və dünyanın ilk 3D körpüsü hesab olunur.
Bizim.Media