Müharibəni başlamasından indiyə qədər Ukraynada 2787 mülki şəxs həlak olub, 3152 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb. Bildirilib ki, bunlar yalnız təsdiqlənmiş şəxslərin sayıdır, faktiki rəqəm daha çox ola bilər.
Öldürülən 2787 nəfərin 912-si kişi, 611-i qadın, 61-i qız və 74-ü oğlandır, o cümlədən cinsiyyəti hələlik məlum olmayan 163 uşaq və 2189 böyük var.
Bizim.Media