BMT Baş katibi Antoniu Quterreş Ukraynaya səfər edib.
Bizim.Media xəbər verir ki, o, səfərlər bağlı "Twitter" hesabında paylaşım edib.
“Biz humanitar yardımın genişləndirilməsi və mülki şəxslərin münaqişə zonalarından təxliyəsini təmin etmək üçün işimizi davam etdirəcəyik. Bu müharibə nə qədər tez başa çatsa, Ukrayna, Rusiya və dünya üçün bir o qədər yaxşıdır”, - A.Quterreş qeyd edib.
Qeyd edək ki, Baş katibin Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirələr aparacağı gözlənilir.
Bizim.Media