Rusiyanın məşhur “Nə? Harada? Nə vaxt?" televiziya oyununun azərbaycanlı iştirakçısı Rövşən Əsgərova qarşı cinayət işi açılıb.
Bizim Media xəbər verir ki, o, nasizmin reabilitasiyası maddəsi ilə ittiham olunur.
Əsgərov bundan əvvəl sosial şəbəkədəki səhifəsində “Rusiya komandiri, Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar” dərc edib.
O, komandiri “formalı qatil” adlandırıb.
Rəşad Əliyev, Bizim.Media