Vyetnamda koronavirusun yeni ştammına ilk yoluxma qeydə alınıb.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Koordinasiya Komitəsi məlumat yayıb.
Bildirlib ki, virusun yeni variantı 22 dekabr 2020-ci ildə Britaniyadan ölkəyə qayıdan 45 yaşlı vətəndaşda aşkarlanıb.
Qeyd edək ki, dekabrın ortalarında Britaniyada koronavirusun yeni ştammı aşkar edilib.
İlkin məlumatlara görə, yeni növ 70 faizdən çox yoluxucu ola bilər.
Bizim.Media