Nyu-Yorkun mərkəzindəki mənzillərdən birində BMT diplomatının meyiti tapılıb.
Bizim.Media-nın məlumatına görə, bu barədə “New York Post” qəzeti yazıb.
Polisin ilkin ehtimalına əsasən, 38 yaşlı qadın intihar edib.
Onun hansı dövlətin daimi missiyasında çalışdığı, vətəndaşlığı barədə açıqlama verməyib. Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin edilib.
Bizim.Media