ürkiyə Gənclik Vəqfinin İstanbulun Qaziosmanpaşa rayonunda yerləşən nümayəndəliyi qarşısında partlayıcı qurğu yerləşdirən şəxs saxlanılıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, terrorçu polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində tutulub.
Qeyd edək ki, partlayış aprelin 21-də baş verib. Partlayış nəticəsində ölən və yaralanan olmayıb. Daha bir terror aktı aprelin 20-də Türkiyənin Bursa vilayətində həbsxana gözətçilərinin xidməti maşınının keçidi zamanı törədilib. Hadisə zamanı bir nəfər həlak olub.
Bizim.Media