Pakistanda çinli professorları daşıyan avtomobil terror hücumuna məruz qalıb.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, aprelin 26-da Karaçi şəhərində qadın kamikadze çinli universitet müəllimlərini daşıyan avtomobili partladıb.
Partlayışa görə "Şərqi Bəluçistanın azadlıq ordusu" məsuliyyəti öz üzərinə götürüb. İntihar hücumu nəticəsində ən azı 4 çinli professor həyatını itirib, daha 3 nəfər yaralanıb.
Bizim.Media