"ABŞ hökuməti rəsmi Kiyev və Moskva arasında Ukraynanı “neytral” və “bloklaşmayan” ölkəyə çevirəcək sülh razılaşmasına açıqdır".
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bunu SenatınI Xarici əlaqələr komitəsində keçirilən dinləmələrdə Dövlət katibi Entoni Blinken deyib.
"Ukrayna münaqişəni dayandırmaq üçün Rusiya ilə NATO-ya üzvlükdən imtina etmək barədə razılığa gəlsə, ABŞ buna hörmətlə yanaşacaq. Bu, onların qəbul etdiyi qərarlardır. Biz ukraynalılardan artıq ukraynalı ola bilmərik", deyə E.Blinken vurğulayıb.
Bizim.Media