Moldova Prezident Maya Sandu Ali Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən brifinqdə separatçıların nəzarət etdiyi Dnestryanı regionunda baş verənlərdən danışıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, o, qeydə alınan terror aktının arxasında separatçıların durduğunu bildirib.
“Regionun daxilində stabilliyi pozmaq istəyən bəzi qüvvələr arasında gərginlik var. Bu Dnestryanı regionunu həssas edir və Moldova Respublikasına risklər yaradır.
Bütün təxribatları və sülhü təhdid altına qoyacaq addımlara sövq edəcək cəhdləri pisləyirik”, - deyə M.Sandu vurğulayıb.
Qeyd edək ki, bu gün Dnestryanıdakı bir neçə hədəf raketlə vurulub.
Bizim.Media