Moldova prezidenti Maya Sandu Pridnestroviyadakı vəziyyətlə bağlı bir sıra açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukraynaya məxsus Telegram kanalı yayıb.
“Moldova Dnestryanı bölgəni blokadada saxlamağı planlaşdırmır, məsələni dialoq və diplomatik yolla həll etmək istəyir”, deyə o, qeyd edib.
Onun sözlərinə görə, rəsmi Kişinyov dövlət qurumlarının hazırlıq səviyyəsini artırır və təhlükəsizliyini gücləndirir.
Maya Sandu açıqlamasında Rusiya prezidenti Vladimir Putinlə heç bir danışığın planlaşdırılmadığını deyib.
Bizim.Media