“Rusiya ordusu Ukraynada cəbhə xəttinin bütün istiqamətlərində hücuma keçib”.
Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.
“Ola bilsin, Putin əməliyyatlara şəxsən nəzarət etmək qərarına gəlib. Onlar hər yerə hücum etməyə çalışırlar. Hücumlar təkcə Donbassda deyil, Xersonda, Krivoy Roqda da qeydə alınır. Bundan əvvəl Zaporojye və Nikolayev yaxınlığında da qarşı tərəfin fəallığı müşahidə olunmuşdu”, - deyə Arestoviç qeyd edib.
Bizim.Media