Mariupol yaxınlığında daha bir kütləvi məzarlıq aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlər şəhərdən beş kilometr aralıda yerləşən Starıy Krım kəndinin peyk şəkillərini tədqiq edən “Sxems” layihəsinə istinadən məlumat verir.
Bildirilib ki, Starokrımski qəbiristanlığında qazılan xəndəklərin uzunluğu 200metrə çatır.
Mariupol şəhərinin meri Vadim Boyçenko bildirib ki, hakimiyyət Starokrımski qəbiristanlığındakı kütləvi məzarlıqdan xəbərdardır.
Onun sözlərinə görə, Rusiya hərbçiləri yemək müqabilində cəsədləri basdırmaq üçün yerli əhalini cəlb edir:
“İndi Mariupolda kifayət qədər humanitar yardım yoxdur, ona görə də insanlar bunu etməyə məcburdurlar”.
Bizim.Media
