Paris vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə 19:00) aralıq səsvermənin nəticələrinə görə, Emmanuel Makron prezident seçkilərinin ikinci turunda 55-58 faizlə liderdir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Belçikanın RTBF telekanalı ictimai rəyi öyrənən iki tədqiqat institutunun exit-poll-na istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Fransada seçkilərin 2-ci turunda seçicilərin 63,23%-i səs verib
Mənbə bildirir ki, ifrat sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Pen 42-45% səs toplayır.
Yaxın saatlarda rəqəmlər dəyişə bilər.
Bizim.Media