Bu həftə Ukrayna ordusu Donbasdakı təmas xətti boyunca Rusiyanın çoxsaylı hücumlarını dəf edib.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi öz Twitter səhifəsində yazıb.
“Rusiyanın bəzi ərazi uğurları əldə etməsinə baxmayaraq, Ukrayna müqaviməti bütövlükdə güclü olub və Rusiya qüvvələrinə ciddi ziyan vurub”, - hesabatda deyilir.
Böyük Britaniya Müdafiə Nazirliyinin fikrincə, “Rusiyanın aşağı əhval-ruhiyyəsi və əvvəlki hücumlardan sonra qüvvələrin bərpası, yenidən təchiz edilməsi üçün məhdud vaxt Rusiyanın döyüş effektivliyini azalda bilər”.
Bizim.Media
