Xerson vilayətində Ukrayna hərbçiləri səkkiz yaşayış məntəqəsini azad edib, həmçinin Rusiyanın bir sıra hücumlarını dəf edib.
Bizim.Media xəbər verir ki, bu barədə bazar günü, aprelin 24-də Cənub Hava Komandanlığının mətbuat xidməti məlumat yayıb.
"Bizim bölmələrimiz müşahidə məntəqələrinin mövqelərindən Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarəti bərpa edib", - məlumatda deyilir.
Qeyd olunur ki, rusların ümumi itkiləri “74 hərbi və 13 texnika, o cümlədən 2 tank, reaktiv yaylım atəş sistemi, 6 zirehli və mühəndis texnikası, 4 kəşfiyyat PUA-sıdır”.
Bizim.Media