Səudiyyə Ərəbistanında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin Mədinə inzibati dairəsinin rəhbəri Əhməd əz-Zəhrani məlumat verib.
Bildirilib ki, Məkkə-Mədinə yolunda baş verən qəza nəticəsində 8 nəfər ölüb, 43 nəfər yaralanıb.
Qeyd edilib ki, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.
Bizim.Media