Türkiyədə Azərbaycan əsilli Turanə Umayeva boşanma mərhələsində olduğu həyat yoldaşı Elvin Umayev tərəfindən qətlə yetirilib.
Bizim.Media xəbər verir ki, hadisə Trabzonda baş verib.
Belə ki, “Şehitler ve Hürriyet Parkı”nda çay bağçasında oturan ikili arasında bilinməyən səbəbdən mübahisə yaranıb. Mübahisənin böyüməsi nəticəsində E.Umayev T.Umayevanı başından güllələyib.
İlkin ehtimala görə, hadisəyə T. Umayevanın övladlarını həyat yoldaşına göstərməməsi səbəb olub.
Elvin Umayev bölgə polisi və mühafizəçiləri tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media