Ruslar 15-ci əsr səviyyəsində yaşamaq istəməyəcək.
Bizim.Media “24tv.ua” saytına istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak səsləndirib.
O, hesab edir ki, ruslar düşərgədə rahatlıq, pul və texnologiya olmadan yaşaya bilərlər, ancaq ərzaq çatışmazlığı daxili qarşıdurmaya gətirib çıxaracaq:
“Məhz buna görə də Rusiya vətəndaşları sanksiyaları “gözləyə” bilməyəcək və daxili qarşıdurma yaranacaq. Onlar öz elitalarına təzyiq göstərəcəklər, çünki düşərgədə yaşaya bilərlər, amma yenə də yemək istəyəcəklər. Yəni soyuducu qalib gələcək”.
Bizim.Media