Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçirilib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, Kiyevdə keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilib.
“Dəyərli dostum Şarl Mişel bu gün Kiyevdədir. Rusiyaya qarşı sanksiyalar, ölkəmizə müdafiə və maliyyə dəstəyi, Aİ meyarlarına uyğunluqla bağlı sorğunun cavabları müzakirə edilib. Mənalı görüşə və Ukrayna xalq ilə həmrəyliyə görə təşəkkür edirəm”, - V.Zelenski qeyd edib.
Bizim.Media