“Dünənə qədər Türkiyəyə barmaq silkələyənlər, indi təriflər yağdırır” - Fəxrəddin Altun 

“İstanbul prosesi hələ də atəşkəsin təmin olunması və sülhün bərqərar olması baxımından ən mühüm fürsət kimi beynəlxalq ictimaiyyətin qarşısında dayanır. Bu baxımdan Prezidentimizin də qeyd etdiyi kimi, hər kəs İstanbul prosesini dəstəkləməlidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Rusiya-Ukrayna Müharibəsi və Türkiyəyə Təsirləri:

Təhdidlər və Fürsətlər” mövzusunda keçirilən tədbirdəki çıxışında deyib.

İnsan tələfatlarına, humanitar faciələrə və dağıntılara səbəb olan bu yanğının söndürülməsi üçün prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə var gücləri ilə çalışdıqlarını bildirən Altun başda Avropa olmaqla bütün dünyanı təsiri altına alan Ukraynadakı müharibənin Türkiyədən də yan keçmədiyini söyləyib.

Altun bu müharibənin səbəb və nəticələrinin şərh edilməsinin ölkənin gələcəyi və sabitliyi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb:

"Əvvəla bu müharibə cənab Prezidentimizin “Dünya 5-dən böyükdür” iddiasının nə qədər doğru və yerində olduğunu bir daha göstərdi. Belə bir böhranda BMT-nin həll ünvanı olması və özünün ön plana çıxması lazım idi. Ancaq hərəkətə keçə bilmədiyi kimi təəssüf ki, böhranın həlli baxımından BMT heç kimin ağlına gəlmir. Çünki təəssüf ki BMT dünya siyasətinin reallıqlarını və ədalət axtarışını təmsil edə bilmir, öz missiyasını yerinə yetirə bilmir.

Təcili islahat ehtiyacı özünü bir daha büruzə verdi. Cənab Prezidentimizin illərdir yorulmadan etdiyi bu təsbit bu gün daha mənalı bir hala gəlib”.

Prezident Ərdoğanın həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski ilə yaxın dialoqunu prosesin əvvəlindən böhranın həlli və gərginliyin azaldılması üçün fürsət kimi istifadə etdiyini xatırladan Altun sülh diplomatiyasını müxtəlif ölkələrin və beynəlxalq qurumların rəhbərlərini də prosesə daxil edərək həyata keçirdiyini ifadə edib:

"Türkiyə bu prosesdə nümayiş etdirdiyi səmimi və real töhfələrlə həm Rusiya, həm də Ukraynanın etimadını qazandı və iki ölkə arasında seçim etməyə məcbur edilə bilməyəcəyini göstərdi. Türkiyə əvvəlcə Antalya Diplomatiya Forumu çərçivəsində, daha sonra Dolmabaxça sarayında danışıqlar masasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Digər tərəfdən hesab edirəm ki, bütün beynəlxalq aktyorlar Türkiyənin xüsusi çəkisini və təsirini görmüş oldular.

Qərb paytaxtlarında Türkiyəyə xor baxan və guya onu yola gətirmək məqsədilə nümayiş etdirilən yanaşmalar və bunun əsasında qurulan geosiyasi oxunuşlar iflasa uğrayıb.
Dünənə qədər Türkiyəyə barmaq silkələyənlərin, dərs verməyə çalışanların bu gün bizə təriflər yağdırmasının başqa izahı yoxdur. Bu baxımdan indiki vəziyyət Qərbi Türkiyə ilə yeni münasibət tərzini mənimsəmək məcburiyyətində qoyur”, - deyə o, əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

10 dəqiqə ərzində yuxuya gedirsinizsə, sağlamsınız

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər

"Milan" yeni formasını təqdim etdi - FOTO

"Milan" yeni formasını təqdim etdi - FOTO

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Zelenski Sırskini vəzifəsindən AZAD ETDİ

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr QADAĞAN OLUNDU

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

“Bavariya” bu futbolçu ilə müqaviləni uzatdı

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Psixiatr Taleh Yüzbəyovu haqlı çıxardı: “Bu, psixiatrik problemin xəbərçisi ola bilər”

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

End of content

No more pages to load

RADİO