Rusiya İraqdan İranın silah qaçaqmalçılığı şəbəkələrinin köməyi ilə sursat və hərbi texnika alır.
Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” nəqliyyatın təşkilində kömək edən mənbəyə istinadən məlumat yayıb.
“Braziliya istehsalı olan tank əleyhinə raketlər və çoxsaylı reaktiv yaylım atəşi sistemləri Moskvanın mart ayında İraqdan Rusiyaya göndərilib.
Tehran hakimiyyəti Moskvaya Rusiyanın S-300-ə bənzər İran istehsalı olan Bavar 373 raket kompleksini də bağışlayıb” – deyə məlumatda qeyd edilib.
Bizim.Media