Yuri Qaqarinin kosmosa uçmasından 61 il ötür 

12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin kosmosa uçub. 

Bizim.Media xatırladır ki, “Vostok” kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və Rusiyanın Saratov vilayəti ərazisində uğurla yerə enib.

Keçmiş SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli Qərarı ilə 12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda bu gün bir çox ölkələr tərəfindən qeyd olunur.

Qeyd edək ki, məhz bu uçuşdan sonra kosmosun fəth olunması üzrə 250-dən çox proqram həyata keçirilib, orbitdə 32 ölkədən bir neçə yüz kosmonavt və astronavt olub.
Kosmosda hamıdan çox qalan da rusiyalı kosmonavt Sergey Avdeyevdir. O, açıq fəzada 747 sutka 17 saat keçirib. Bir uçuşun davamiyyətinə görə isə lider, ixtisasca həkim olan Valeri Polyakovdur. O, “Mir” stansiyasında bir ildən çox - 437 sutka 17 saat olub.

Kosmosa uçanlar arasında təkcə kişilər deyil, qadınlar da çox olub. Bu işdə də Rusiya birincidir. Dünyada ilk qadın kosmonavt məhz rusiyalı Valentina Tereşkovadır.
Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox “R-2” raketlərinin istehsalında müstəsna rol oynayıb.

1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Onu da qeyd edək ki, Kərim Kərimov kosmosa uçuş üzrə dövlət komissiyasının sədri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Kasıb ölmək" arzusunda olan milyarder vəfat etdi

"Kasıb ölmək" arzusunda olan milyarder vəfat etdi

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

Bu ərazilərdə torpaq və evlər kəskin BAHALAŞACAQ

Bu ərazilərdə torpaq və evlər kəskin BAHALAŞACAQ

Tramp Livan prezidentinə zarafatla: "İndi istədiyi hər şeyi ala bilər" – VİDEO

Tramp Livan prezidentinə zarafatla: "İndi istədiyi hər şeyi ala bilər" – VİDEO

Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi –VİDEO

Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi –VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı – FOTO

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırıldı – FOTO

ABŞ-ın İranda vurduğu şəhərlərin siyahısı açıqlandı – VİDEO

ABŞ-ın İranda vurduğu şəhərlərin siyahısı açıqlandı – VİDEO

Messi ilə belə vidalaşdılar - VİDEO

Messi ilə belə vidalaşdılar - VİDEO

İrana qarşı müharibə ABŞ-a neçəyə başa gəlib? – VİDEO

İrana qarşı müharibə ABŞ-a neçəyə başa gəlib? – VİDEO

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

Sırski ordunu Drapatıya TƏHVİL VERDİ - FOTO

Sırski ordunu Drapatıya TƏHVİL VERDİ - FOTO

Elnarə Abdullayevaya AĞIR İTKİ

Elnarə Abdullayevaya AĞIR İTKİ

Ermənistanda hərbçi öldü

Ermənistanda hərbçi öldü

Odessaya ötən gecə də zərbə endirildi – VİDEO

Odessaya ötən gecə də zərbə endirildi – VİDEO

Merdən Netanyahunun həbsi ilə bağlı AÇIQLAMA - "Əgər Nyu-Yorka gəlsə..." – VİDEO

Merdən Netanyahunun həbsi ilə bağlı AÇIQLAMA - "Əgər Nyu-Yorka gəlsə..." – VİDEO

İran İraq Kürdüstanına zərbələr endirdi – VİDEO

İran İraq Kürdüstanına zərbələr endirdi – VİDEO

Ukrayna Krımı belə azad edəcək - Əməliyyatın detalları AÇIQLANDI

Ukrayna Krımı belə azad edəcək - Əməliyyatın detalları AÇIQLANDI

Boyu uzun, çəkisi az olan hərbi çağırışçılarla bağlı RƏSMİ AÇIQLAMA

Boyu uzun, çəkisi az olan hərbi çağırışçılarla bağlı RƏSMİ AÇIQLAMA

Ukraynanın "Magura" dəniz dronları ABŞ-da istehsal olunacaq

Ukraynanın "Magura" dəniz dronları ABŞ-da istehsal olunacaq

14 ildir həllini gözləyir... – Pasiyentlərin hüquqları haqqında qanun YENİDƏN GÜNDƏMDƏ

14 ildir həllini gözləyir... – Pasiyentlərin hüquqları haqqında qanun YENİDƏN GÜNDƏMDƏ

End of content

No more pages to load

RADİO