Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib ki, koronavirus pandemiyasının bitməsindən danışmaq hələ tezdir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, ÜST rəhbəri byoluxma sayının yüksək olaraq qaldığını deyib:
“Dünyada ölüm hallarının azalması tendensiyası müşahidə olunsa da pandemiya hələ də davam edir. Xəstəliyin yoluxuculuq riski hələ yüksək olaraq qalır. Pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması infeksiyaların yayılmasına imkan verir”.
Bizim.Media