Fransanın hazırkı dövlət başçısı Emmanuel Makron prezident seçkilərinin birinci turunda 27,84% səslə qalib gəlib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Makronun ikinci turda əsas rəqibi ifrat sağçı Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen olacaq. O, 23,15% səs toplayıb.
Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.
Bizim.Media