Pakistanın keçmiş Baş naziri İmran Xanın başçılıq etdiyi Təhrik-i İnsaf Partiyası parlamentdən istefa verib.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Biz istefa verdiyimizi elan edir, bütövlüklə parlamentdən gedirik”, - Baş nazir postuna Təhrik-i İnsaf Partiyasının namizədi, keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi bildirib.
Qeyd edək ki, Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) aprelin 10-da Baş nazir İmran Xana etimadsızlıq göstərib.
Bizim.Media