Avropa İttifaqı (Aİ) Rusiyanın 20 aviasiya şirkətini hava təhlükəsizliyi üzrə "qara siyahı"ya daxil edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bildirilib ki, sanksiya tətbiq olunan aviaşirkətlər arasında “Aeroflot”, “Rossiya”, “Pobeda” və “UTair” də var.
Məlumata görə, əksəriyyəti Afrika ölkələrindən olmaqla daha 97 aviasiya şirkət bu siyahıya düşüb.
Bizim.Media