Kreml ABŞ-ın keçmiş Prezidenti Billi Klintonun Rusiyaya NATO-ya üzv olmağı təklif etməsi ilə bağlı fikirlərinə münasibət bildirib.
Bizim.Media TASS-a istinadən bildirir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bununla bağlı sualı cavablandırıb.
“Məndə belə məlumat yoxdur. Amma dəqiq bilirəm ki, Amerika tərəfi dəfələrlə belə bir üzvlüyün mümkün olmadığını bildirib. Faktiki olaraq deyilirdi ki, qapılar bağlanıb. Çünki bu, prinsipial olaraq mümkün deyil”, - D.Peskov söyləyib.
Bizim.Media