Rusiya və Belarus prezidentləri - Vladimir Putin və Aleksandr Lukaşenko aprelin 12-də Kosmonavtika Günündə Amur vilayətindəki (Uzaq Şərq) Vostoçnıy kosmodromuna səfər edəcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalı məlumat yayıb.
Kosmodromda iki ölkənin prezidentləri danışıqlar aparacaq. Telekanalın məlumatına görə, onlar Rusiya-Ukrayna danışıqlarını da müzakirə edəcəklər.
Səfər zamanı Vladimir Putin və Aleksandr Lukaşenko kosmodromda tikinti işlərinin gedişini qiymətləndirəcək, işçilərlə görüşəcək, kosmonavtları mükafatlandıracaqlar. Sonda prezidentlər mətbuat konfransı keçirəcəklər.
Bizim.Media