Fransa prezidentliyinə bütün namizədlər səs verdilər

Fransada prezident seçkilərinin birinci turunda iştirak edən 12 siyasətçinin hamısı səsvermədə iştirak ediblar.

Bizim.Media xəbər verir ki, bu barədə bazar günü BFM telekanalı məlumat yayıb.

Namizədlər seçki məntəqələrinə toplaşan digər seçicilərlə ünsiyyətdə olsalar da, mətbuata heç bir açıqlama verməyiblər. Bu, ölkədə səsvermə günü prezident marafonunun finalçılarının şərhlərinə icazə verməyən mövcud norma ilə (75 min avro cərimə kəsilir) bağlıdır.

MÖVZU İLƏ BAĞLI:

Fransada prezident seçkilərinə start verildi


“Yaşıllar”ın namizədi Yannik Jado və Rekonkista hərəkatının lideri Erik Zemmur Parisdəki seçki məntəqələrinə gəliblər. Paytaxtda şəhər meri postuna namizəd olan Enn Hidalqo da səs verib.

Parisətrafı Sen-Sen-Denidə  “Fəhlə mübarizəsi” Partiyasının lideri, müəllimə Natali Arto səs verib. Fransa Kommunist Partiyasının milli katibi Fabyen Russel Nord departamentində, Respublikaçı namizəd Valeri Pecres isə İvelin departamentində səs veriblər.

"Müqavimət göstəririk" sol partiyasının lideri Jean Lassal “Pireney Atlantik” və Bordo bələdiyyəsinin müşaviri Filip Putu  isə Jiron departamentinə gəlib. Seçki yarışının daha bir iştirakçısı, "Qalx, Fransa" sağçı müxalifət hərəkatının nümayəndəsi Nikola Düpon-Anyan Yeson departamentində səs verib.

Seçki məntəqələrinə indiki və keçmiş siyasətçilər, xüsusilə Fransanın keçmiş prezidentləri Fransua Olland və Nikola Sarkozi, hökumətin keçmiş rəhbəri Eduard Filip, eləcə də ölkənin hazırkı baş naziri Jan Kastes də gəlib.

Fransanın hazırkı prezidenti, ikinci müddətə namizədliyini irəli sürən Emmanuel Makron və həyat yoldaşı Bricit ailənin bağ evinin olduğu Le Touquet dənizkənarı kommunasında (ölkənin şimalında) səsverməyə gəlib.

Ekspertlərin fikrincə, Yelisey sarayının hazırkı sahibinin əsas rəqibi olan “Milli Assosiasiya”nın namizədi Marin Le Pen “Pas de Kale”də səs verib. 

Sorğu anketlərinə görə, 3-cü yerdə qərarlaşan "Tabe olmayan Fransa"nın lideri Jean-Lyuk Melenşon Marseldə səs verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya ölkələri mətbuat gününü nə vaxt və necə qeyd edir? – ARAŞDIRMA

Dünya ölkələri mətbuat gününü nə vaxt və necə qeyd edir? – ARAŞDIRMA

Armavirdə neft bazası yandı – VİDEO

Armavirdə neft bazası yandı – VİDEO

Bu ixtisasları seçənlər işsiz qala bilər

Bu ixtisasları seçənlər işsiz qala bilər

Su obyektlərinin dövlət monitorinqini bu qurumlar aparacaq – QƏRAR

Su obyektlərinin dövlət monitorinqini bu qurumlar aparacaq – QƏRAR

Psixoloqlar açıqladı:Cütlüklərin xoşbəxtliyi üçün əsas amil nədir?

Psixoloqlar açıqladı:Cütlüklərin xoşbəxtliyi üçün əsas amil nədir?

İran ordusundan ABŞ-a nüvə xəbərdarlığı

İran ordusundan ABŞ-a nüvə xəbərdarlığı

“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu – VİDEO

“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu – VİDEO

Mehdiabadda üzərində xəsarətlər olan meyit tapıldı

Mehdiabadda üzərində xəsarətlər olan meyit tapıldı

6 ayda 14 nəfərin həyatına son qoyub – Yağışlı havalarda risk DAHA BÖYÜKDÜR

6 ayda 14 nəfərin həyatına son qoyub – Yağışlı havalarda risk DAHA BÖYÜKDÜR

Trampdan Nyu-York merinin dediklərinə REAKSİYA: Netanyahu ABŞ-da həbs olunmayacaq – VİDEO

Trampdan Nyu-York merinin dediklərinə REAKSİYA: Netanyahu ABŞ-da həbs olunmayacaq – VİDEO

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə BAŞLAYIR - FOTO

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə BAŞLAYIR - FOTO

Rəqəmsal dövrdə gənclər arasında milli kimlik məsələsi: yeni imkanlar və görünməyən risklər

Rəqəmsal dövrdə gənclər arasında milli kimlik məsələsi: yeni imkanlar və görünməyən risklər

Boris Conson Britaniyanın yeni Baş nazirini ittiham etdi: “Kreml sənin təyinatına sevinəcək”

Boris Conson Britaniyanın yeni Baş nazirini ittiham etdi: “Kreml sənin təyinatına sevinəcək”

ABŞ-da təyyarənin enişi zamanı qorxulu anlar – VİDEO

ABŞ-da təyyarənin enişi zamanı qorxulu anlar – VİDEO

“Demişdi ki, öləndə qəbiristanlığa bir piano gətirim...” - Videomüsahibə

“Demişdi ki, öləndə qəbiristanlığa bir piano gətirim...” - Videomüsahibə

"Kasıb ölmək" arzusunda olan milyarder vəfat etdi

"Kasıb ölmək" arzusunda olan milyarder vəfat etdi

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

İranda təbiət qoruğunu yandıran 2 nəfər TUTULDU – VİDEO

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

"Titanik" faciəsindən bir neçə gün əvvəl yazılan məktub fantastik qiymətə HƏRRACA ÇIXARILDI

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

DSMF-nin xərcləri 4 milyard manatı keçdi

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

Rusiyada sərxoş vəziyyətdə uçuşa hazırlaşan pilot işdən ÇIXARILDI

Bu ərazilərdə torpaq və evlər kəskin BAHALAŞACAQ

Bu ərazilərdə torpaq və evlər kəskin BAHALAŞACAQ

Tramp Livan prezidentinə zarafatla: "İndi istədiyi hər şeyi ala bilər" – VİDEO

Tramp Livan prezidentinə zarafatla: "İndi istədiyi hər şeyi ala bilər" – VİDEO

Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi –VİDEO

Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi –VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

End of content

No more pages to load

RADİO