ABŞ Prezidenti Co Bayden Ukraynanın Buça şəhərindəki qətliyamdan sonra Rusiyaya qarşı sanksiyaların daha da genişləndiriləcəyini açıqlayıb.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, o, rusiyalı həmkarı Vladimir Putini yenidən hərbi cinayətkar adlandırıb.
“Putin hərbi cinayətkardır. Ukraynaya silah verməliyik ki, onlar döyüşməyə davam etsinlər. Bu adam barbardır. Buçada baş verənlər dəhşətdir, hamı bunu gördü”, - C.Bayden vurğulayıb.
Bizim.Media