Pakistan hökuməti buraxılıb, baş nazir İmran Xan isə vəzifəsini davam etdirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın informasiya və yayım naziri Fərrux Həbib özünün Twitter səhifəsində yazıb.
"Baş nazir Konstitusiyanın 224-cü maddəsinə uyğun olaraq öz vəzifələrini yerinə yetirməyə davam edəcək, Nazirlər Kabineti buraxılıb", - TASS pakistanlı nazirdən sitat gətirib.
Həmçinin bildirilir ki, Pakistan prezidenti Arif Alvi baş nazir İmran Xanın təklifi ilə bazar günü Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxıb.
Fərrux Həbib bildirib ki, 90 gün ərzində Pakistanda yeni parlament seçkiləri keçirilə bilər.
Bizim.Media