Bu gün Serbiyada prezident, növbədənkənar parlament və bələdiyyə seçkiləri keçirilir.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Rusiyayönümlü indiki prezident Aleksandr Vuçiç anketlərə görə prezident seçkilərində açıq-aşkar favoritdir.
Onun rəhbərlik etdiyi "Birlikdə hər şeyi edə bilərik" koalisiyası da seçimi qazanacaqmış kimi görünür.
Daxili işlər naziri Vulin isə seçki sonrası qərb dəstəkli yeni bir "Avromaydan" hərəkatı yaşana biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media