"Müxalifətin məni vəzifədən uzaqlaşdırmaq cəhdi ABŞ-ın daxili siyasətimizə açıq müdaxiləsidir".
Bizim.Media xəbər verir ki, bunu sabah keçiriləcək etimad səsverməsindən əvvəl Pakistanın Baş naziri İmran Xan deyib.
O, etimadsızlıq səsverməsinin Pakistanda açıq-aşkar rejim dəyişikliyi cəhdi olduğunu və ABŞ ilə əməkdaşlıq çərçivəsində planlaşdırıldığını bildirib.
Qeyd edək ki, sabah Pakistan parlamentində ölkənin Baş naziri İmran Xana etimad səsverməsi keçiriləcək.
Bizim.Media