“Əş-Şəbab” terror qruplaşması Somalinin cənubundakı Bulo Marer şəhərini ələ keçirib.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, hökumət qüvvələri ilə silahlılar arasında şiddətli döyüşlər baş verib.
Hər iki tərəfdən mümkün itkilər barədə məlumat hələki verilməyib. Bulo Marer paytaxt Moqadişudan 100 km cənubda yerləşir.
Bizim.Media