Ukrayna ordusu Kiyev vilayətinin Vışqorod şəhərinin rus qoşunlarından azad edildiyini elan edib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin bir çox ərazilərdə mühüm uğurlar qazandığı və hücum əməliyyatlarını davam etdirdiyi açıqlanıb.
“Vışqorod artıq bizimdir, nəzarət altındadır. Yaxın gələcəkdə, dediyim kimi, çox yaxşı xəbərlərimiz olacaq. Düşünürəm ki, bir-iki gün sonra uğurlarımızı daha da inkişaf etdirəcəyik”, - Ukrayna Baş Qərərgahından bildirilib.
Bizim.Media