Kiyev və Çerniqov vilayətlərindən çıxarılan Rusiya qoşunlarının bir hissəsi şimala doğru hərəkət edir.
Bizim.Media xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.
O, sözügedən qoşunların Donetsk və Xarkov istiqamətinə köçürüldüyünü açıqlayıb.
“Bu ərazilərdə düşmən qruplaşmalarını gücləndirir ki, Xarkov, Donetsk və Luqansk vilayətlərində Ukraynanı müdafiə edən bizim əsgərlərə təzyiqi artırsın”, - deyə A.Danilov əlavə edib.
Bizim.Media