ABŞ-ın Maliyyə Nazirliyinə tabe olan Xarici Əmlaka Nəzarət İdarəsi İranın raket proqramının inkişafına kömək edən bir neçə fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, onlardan biri Məhəmmədəli Hüseyni adlı iş adamı və ona aid şirkətlərdir.
Məhəmmədəli Hüseyni İranın raket proqramının gücləndirilməsi üçün bu ölkəyə ballistik raket hissələrinin alınaraq çatdırılmasını təmin edib.
Raket hissələri "Sepah"ın Özünü Təmin və Təhqiqat Təşkilatına təhvil verilib.
Bizim.Media