Ukraynada hərbi əməliyyatlar nəticəsində 3,9 milyon ukraynalı qaçqın, 6,5 milyonu isə məcburi köçkün olub.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin humanitar məsələlər üzrə köməkçisi Coys Msuya bildirib.
BMT rəsmisi əlavə edib ki, martın 27-nə olan məlumatlara görə, hərbi toqquşmalar nəticəsində Ukraynada 99-u uşaq olmaqla, 1119 nəfər mülki şəxs həyatını itirib.
Ukrayna Baş Prokurorluğunun bu gün yaydığı məlumata görə isə, fevralın 24-dən Rusiyanın Ukraynada başlatdığı müharibədə 145 uşaq ölüb, daha 222 uşaq yaralanıb.
Bizim.Media