“Samsung” şirkəti Baltikyanı ölkələrdəki rəsmi internet səhifələrindən “Z” hərfini silib və bunu bütün Avropa ölkələrində edə bilər”.
Bizim.Media Ria Novosti-yə istinadən xəbər verir ki, Latviya və Litvadakı səhifələrdə olan smartfon modellərində (Samsung Z Fold 3) hərf olduğu kimi qalıb.
İstehsalçının Estoniya saytında isə səhifənin yuxarısındakı modelin adından “Z” çıxarılsa da, eyni səhifədə aşağıda yenə də görünür.
Qeyd edək ki, “Z” hərfi Ukraynada hərbi xüsusi əməliyyatda iştirak edən Rusiya hərbi texnikasının yanlarına çəkilib.
Bizim.Media
