Türkiyənin Ukrayna ərazisində qalan 2 təyyarəsi təhlükəsiz uçuş şəraiti olana qədər orada qalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin milli müdafiə naziri Hulusi Akar yayıb.
Onun sözlərinə görə, bu barədə həm Ukrayna, həm də Rusiya tərəfi ilə razılıq əldə olunub. Nazir qeyd edib ki, fevralın 23-də humanitar yardım aparan 2 türk təyyarəsi Ukraynaya uçub.
Müharibə başlayandan sonra Ukraynanın hava məkanı bağlandığı üçün təyyarələr geri qayıda bilməyib.
Bizim.Media