“Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynadakı hərbi əməliyyatlardakı uğursuzluğa görə president Vladimir Putinin sərt reaksiyasından sonra infarkt keçirib”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib.
“Buna görə də Şoyqu martın ortalarından ictimaiyyət qarşısına çıxmayıb. Hazırda o, ordunun əsas qərargahında, Nikolay N. Burdenko klinikasında müalicə alır”, - deyə müşavir əlavə edib.
Ötən həftə “Washington Post” nəşri Sergey Şoyqunun Pentaqonun zənglərinə 1 həftədir cavab vermədiyini açıqlamışdı.
Xatıradaq ki, martın 25-də Sergey Şoyqu ilə Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub. Tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.
Bizim.Media