“Heç kim heç bir müharibəni istəmir, lakin nüvə təhdidi hər zaman mövcuddur”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedyev "Ria Novosti"yə müsahibəsində bildirib.
“Hamıya məlumdur ki, NATO-nun nüvə vasitələrinin hədəfində Rusiyadakı obyektlər dayanır.
Rusiyanın döyüş başlıqları isə Avropa və ABŞ-dakı həfədlərə tuşlanıb. Həyat belədir. Bu səbəbdən məsuliyyətli siyasət aparmaq lazımdır. Nüvə təhlükəsi hər zaman mövcud olub”, – deyə Medvedyev xəbərdarlıq edib.
Bizim.Media