ABŞ Ukraynaya silah yardımının ilk partiyasını çatdırıb.
Bizim.Media “Ria Novosti”yə istiadən xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.
"Bu 800 milyon dollarlıq yardıma aiddir. Bu gün regiona ilk reys yerinə yetirilib. İlk partiya yola salınıb”, - deyə Pentaqon rəsmisi dəqiqləşdirib.
Rəsmi şəxs əlavə edib ki, qarşıdakı üç gün ərzində üç əlavə reys gözlənilir.
Bizim.Media