“TEKNOFEST Azərbaycan”ın ilk mərhələsinin NƏTİCƏLƏRİ 

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində texnologiya müsabiqələrinin ilk mərhələsinin nəticələri məlum olub. 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, orijinallığı ilə seçilən və kommersiyalaşdırıla bilən innovativ layihələr müsabiqənin 2-ci mərhələsinə keçid alıb.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək. 
 

MÖVZU İLƏ BAĞLI:

“TEKNOFEST Azərbaycan”: Avropanın ən güclü kiber atletləri Bakıya gəlir


Müsabiqələrdə iştirak etmək üçün 1000 komanda, ümumilikdə isə 5 min məktəbli, tələbə və fərdi sahibkar qeydiyyatdan keçiblər. Bütün müsabiqələr üzrə təqdim olunmuş layihələr münsiflər heyəti tərəfindən 100 ballıq şkala ilə qiymətləndirilib. Sözügedən qiymətləndirmədə innovativ ideyanın irəli sürülməsi, problemin qoyuluşu, həll yollarının təklif edilməsi, məhsul və ya prototipin mövcudluğu və ən əsası, kommersiyalaşdırıla bilən layihələr əsas götürülüb.

Açıqlanan nəticələrə əsasən II mərhələyə vəsiqə qazanmış komandaların ümumi sayı 220-dir. 

Belə ki, “Robotexnika” müsabiqəsi üzrə – “A” kateqoriyasından 25 komanda, “B” kateqoriyasından 23 komanda; “Yaşıl texnologiyalar” üzrə – “A” kateqoriyasından 26 komanda, “B” kateqoriyasından 25 komanda, “C” kateqoriyasından 20 komanda; “Aqrar texnologiyalar” üzrə – “B” kateqoriyasından 24 komanda, “C” kateqoriyasından 16 komanda; “Pilotsuz uçuş aparatları” üzrə – Azərbaycandan 14, Türkiyədən 6 komanda; “Sosialyönümlü texnologiyalar” üzrə – “B” kateqoriyasından 24 komanda, “C” kateqoriyasından isə 17 komanda növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. 

Xatırladaq ki, istisna olaraq “Həvəskar peyk modelləşdirilməsi” (CanSat), “Baku Skills” və “Sailplaner” müsabiqələri PDR (İlkin Layihələndirilmə) mərhələsindən kənar keçirilib.

PDR mərhələsində iştirak etmiş 523 komandadan 220-si II mərhələyə uğurla keçid alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp iranlıları HƏDƏLƏDi: Yer üzündən silinəcəklər...

Tramp iranlıları HƏDƏLƏDi: Yer üzündən silinəcəklər...

Prezidentin adından Ciorcia Meloninin şərəfinə şam yeməyi verildi - FOTO

Prezidentin adından Ciorcia Meloninin şərəfinə şam yeməyi verildi - FOTO

SON DƏQİQƏ: Rusiya 9 May şərəfinə ATƏŞKƏS elan etdi

SON DƏQİQƏ: Rusiya 9 May şərəfinə ATƏŞKƏS elan etdi

Qazandakı südün daşmasının qarşısını alan ən sadə TAKTİKA

Qazandakı südün daşmasının qarşısını alan ən sadə TAKTİKA

Aprel şəhidinin medalı ailəsinə təqdim edildi - FOTO

Aprel şəhidinin medalı ailəsinə təqdim edildi - FOTO

3-ü də "Teşkilat"dan gedir - FOTO

3-ü də "Teşkilat"dan gedir - FOTO

Yetkinlik yaşına çatmayan övladını evləndirmək istəyən ATA HƏBS OLUNDU

Yetkinlik yaşına çatmayan övladını evləndirmək istəyən ATA HƏBS OLUNDU

Bakıda şəhid ailəsini təhqir edən şəxs HƏBS OLUNDU - FOTO

Bakıda şəhid ailəsini təhqir edən şəxs HƏBS OLUNDU - FOTO

Qaydaları heçə saydı, həbs olundu - VİDEO

Qaydaları heçə saydı, həbs olundu - VİDEO

Kür daşdı: Sabirabadda geniş ərazilər su altında qaldı - FOTO

Kür daşdı: Sabirabadda geniş ərazilər su altında qaldı - FOTO

Əksəriyyət məlumatsızdır: Pensiyaçılar bu vergilərdən azaddır

Əksəriyyət məlumatsızdır: Pensiyaçılar bu vergilərdən azaddır

Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək

Meloni: Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək

Naxçıvan MSK-nın vəzifələri artırılır

Naxçıvan MSK-nın vəzifələri artırılır

Prezident İtaliyanın Qarabağ və Şərqi Zəngəzurdakı layihələrindən DANIŞDI

Prezident İtaliyanın Qarabağ və Şərqi Zəngəzurdakı layihələrindən DANIŞDI

İranın hücumundan sonra BƏƏ-də neft təsisatında yanğın başlayıb - FOTO

İranın hücumundan sonra BƏƏ-də neft təsisatında yanğın başlayıb - FOTO

SEPAH-dan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq: "Güc tətbiq ediləcək"

SEPAH-dan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq: "Güc tətbiq ediləcək"

Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

İran Hörmüz boğazını keçmək istəyən Cənubi Koreya gəmisini vurdu

İran Hörmüz boğazını keçmək istəyən Cənubi Koreya gəmisini vurdu

Yeni 18+ Tiktok serialları Netflixi necə KÖLGƏDƏ QOYDU?

Yeni 18+ Tiktok serialları Netflixi necə KÖLGƏDƏ QOYDU?

İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır

İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır

İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla ÇIXIŞ EDİBLƏR - FOTO

İlham Əliyev və Ciorcia Meloni mətbuata bəyanatlarla ÇIXIŞ EDİBLƏR - FOTO

İrandan BƏƏ-yə HÜCUM: dörd qanadlı RAKET atdı

İrandan BƏƏ-yə HÜCUM: dörd qanadlı RAKET atdı

İlham Əliyev Ciorcia Meloni ilə geniş tərkibdə görüşüb - FOTO/VİDEO

İlham Əliyev Ciorcia Meloni ilə geniş tərkibdə görüşüb - FOTO/VİDEO

Yol polisi Bakıda reyd keçirdi - VİDEO

Yol polisi Bakıda reyd keçirdi - VİDEO

End of content

No more pages to load

RADİO