ABŞ Prezidenti Co Baydenlə görüşmək üçün Jeşuv şəhərinə gedən Polşa prezidenti Andrzey Dudanın təyyarəsi Varşavaya təcili eniş edib.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Dudanın müşaviri Yakub Kumoç bildirib.
Dudanın ofisinin rəhbəri Pavel Szrot isə prezidentin heç bir təhlükə ilə üzləşmədiyini deyib.
Polşa prezidenti üçün hazırda başqa bir təyyarənin hazırlandığı bildirilib.
Bizim.Media